Bakıda 92 yaşlı qadın eyvandan yıxılaraq ölüb

11:42 - 25 Avqust 2016 - HADİSƏ

 Azərbaycanda ahıl qadın bədbəxt hadisə nəticəsində ölüb. “Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 92 yaşlı Roza Yaqubova evinin eyvanından (ikinci mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Yaqubova orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti