Salyan sakini ehtiyyatsızlıqdan ocaqda yanıb

11:24 - 25 Avqust 2016 - HADİSƏ

 Salyan rayonunda qadın ocaqda yanıb. “Report” xəbər verir ki, hadisə rayonun Alçalı kəndində qeydə alınıb.  Belə ki, həmin kəndin sakini Sənəm Ələsgər qızı Əhədova həyətdə ocaq qalayarkən ehtiyatsızlıq edib. Benzini ocağa tökən zaman alov onu tutub. 

Qadın yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

Xəbər xətti