Əli İnsanova verilən yeni ittihamlar məlum olub

17:56 - 24 Avqust 2016 - Xəbər

Sabiq nazir Əli İnsanova verilən yeni ittihamlar məlum olub. Lent.az-a bu barədə vəkil Toğrul Babayev məlumat verib.
O bildirib ki, sabiq nazirə Cinayət Məcələsinin 234.1 (qanunsuz narkotik maddə),  315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham verilib.

Xəbər xətti