Bakı sakini əmisini bıçaqlayıb

12:50 - 24 Avqust 2016 - HADİSƏ

 Bakıda 36 yaşlı kişi əmisinə bıçaq xəsarəti yetirib.“Report”un əldə etdiyi məlumata görə, hadisə Əmircan qəsəbəsi Neftçi küçəsi ev 47 ünvanında qeydə alınıb.Orada yaşayan 1980-ci il təvəllüdlü Taleh Əbdürrəhmanov ailə münaqişəsi zəminində əmisi 1964-cü il təvəllüdlü Asif Əbdürrəhmanovun kürək və qol nahiyələrinə bıçaq xəsarətləri yetirib.
A.Əbdurrəhmanov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti