Sabahın havası: 39° isti olacaq

12:32 - 24 Avqust 2016 - ÖLKƏ İÇİ

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 25-də şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə  21-25° isti, gündüz  32-37° isti. Bakıda gecə 22-24° isti, gündüz  33-35° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi norma daxilində 760 mm  civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 65-75 %, gündüz  30-40 % təşkil edəcək.               
Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında  hava yağmursuz olacaq. Lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz  34-39°, dağlarda gecə

13-18° isti, gündüz  24-29° isti olacağı gözlənilir.

Xəbər xətti