Yeznə qayınatasını qətlə yetirdi- İsmayıllıda

12:35 - 23 Avqust 2016 - HADİSƏ

İsmayıllı rayonunda ailə-məişət münaqişəsi zəminində qətl hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, avqustun 22-də İsmayıllı rayonunun Quşəncə kəndində şəhər sakini Tural Rüstəmov ailə-məişət münaqişəsi zəminində qayınatası Roman Kərəmova bıçaqla xəsarət yetirib. R.Kərəmov hadisə yerində ölüb.
T.Rüstəmov könüllü İsmayıllı RPŞ-yə gələrək istintaqa təslim olub.

Xəbər xətti