Maştağada "Mercedes" qadını vurdu

11:45 - 23 Avqust 2016 - HADİSƏ

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə avqustun 22-də paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Bakı şəhər sakini İsmayılova Ülviyyə Bəxtiyar qızı rayonun Maştağa qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobil tərəfindən vurulub.
Hadisə nəticəsində piyada sol ayağının sınığı və kəllə-beyin travması ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Hazırda qadının vəziyyəti orta ağır qiymətləndirilir. 
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti