Ana səhifə
20 Sentyabr 2018

Günəşlə Ay eyni anda görünəcək

Sabah dünyada ən nadir görülən Ay tutulmalarından biri baş verəcək

 

8 oktyabrda dünyada ən nadir görülən Ay tutulmalarından biri baş verəcək.

 

Ay tutulmasıyla ilə eyni dəqiqələrdə Günəşin doğması baş verəcək. Alimlərin fikrincə, bu, nadir kosmik hadisədir.

 

"Selenelion" adı verilən kosmik hadisədəni gözlə görmək mümkün olacaq. Proses baş verən zaman Ay və Günəş bir-birlərindən 180 dərəcə ölçüdə dayanacaq. Ancaq, atmosferdə işığın qırılması nəticəsində hər iki göy cismi üfüqdə ayrı-ayrı görünəcək. Bununlada Günəş və Ayı eyni anda müşahidə etmək mümkün olacaq.

 

Kosmik hadisə Amerika qitəsində 8 oktyabrda, gündüz saatlarında, Asiya və Avropa ölkələrində isə axşam saatlarında müşahidə olunacaq. Günəş şərqdən yüksələrkən qərbdə Ay tutulması reallaşacaq. Prosesin maksimum 9, minimum 2 dəqiqəlik müddət ərzində müşahidə olunacağı ehtimal olunur.

Tarix
7 Oktyabr 2014 [14:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin