Ana səhifə
10 Dekabr 2018

Bakıda yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində 7-8 noyabr 2014-cü il tarixində Bakıda Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcəkdir.

 

 

Ucnoqta.az xəbər verir ki, XİN-nin məlumatına görə konfransın keçirilməsində məqsəd Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti çərçivəsində əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarətdir.

Avropa və Asiyanın kəsişməsində yerləşən və Avropa Şurasının Qonşu regionlar siyasətində iştirak edən dövlətlərlə möhkəm ikitərəfli əlaqələrə malik olan Azərbaycan təsis olunmasından etibarən Avropa Şurasının Qonşu regionlar siyasətini yaxından dəstələyir. 

Konfransda Avropa Şurası, üzv dövlətlər və Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti proqramında iştirak edən dövlətlərin yüksək səviyyəli nümayəndələri təmsil olunacaqlar.

 

Bəhruz

Tarix
6 Noyabr 2014 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin