Bakıda qardaş və bacı bıçaqlanıb

14:14 - 22 Avqust 2016 - HADİSƏ

Bakıda qardaş və bacı bıçaqlayan şəxs tutulub.Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, avqustun 21-də Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə Anar hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Binəqədi rayon Polis İdarəsi 4-cü Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.

Xəbər xətti