Bakıda partlayış: 5 nəfər xəsarət alıb

12:47 - 22 Avqust 2016 - HADİSƏ

Avqustun 22-də saat 4 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində partlayış baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, partlayışa səbəb qəsəbə sakini Sakit Quliyevin evində təbii qazın sızması olub.
Nəticədə xəsarət almış S. Quliyev, arvadı Sona, qızları Səma, Əsmər və oğlu İlham xəstəxanaya yerləşdiriliblər. 

Xəbər xətti