Sabaha olan hava məlumatı- 40° isti

12:28 - 22 Avqust 2016 - ÖLKƏ İÇİ

Sabaha ölkə ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı proqnozlaşdırılır.Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 55-65 %, gündüz 25-35 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 35-40 dərəcə, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti