"Qarabağ" - "Göteborq" oyununun biletləri satışa çıxarılıb

11:37 - 22 Avqust 2016 - İDMAN

 Avropa Liqasının "pley-off" mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" və Sloveniya "Göteborq"u arasında Bakıda keçiriləcək oyunun biletləri bu gündən satışa çıxarılıb."Report"un məlumatına görə, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.Oyunu izləmək istəyən azarkeşlər sektorlardan asılı olaraq 1 manat (1-5 və 24-28 nömrəli sektorlar), 2 manat (6-10 və 19-23 nömrəli sektorlar) və 5 manat (11-18 nömrəli sektorlar) ödəməlidir. VİP sektora biletlər 30 manatdır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Göteborq" oyunu saat 20:30-da start götürəcək. Sloveniyada keçirilən ilk oyunda "Qarabağ" 0:1 hesabı ilə məğlub olub.

Xəbər xətti