Bağlanmış 4 bankın əmanətçilərinə 56 milyon manatdan çox kompensasiya ödənilib

10:59 - 22 Avqust 2016 - İQTİSADİYYAT

 Ləğvetmə prosesində olan “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin qorunan əmanətçilərinin təxminən 55%-nin bank hesablarındakı vəsaiti 1 manatdan çox deyil. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) məlumat yayıb.
Qurum bəyan edib ki, bağlanmış 4 bankda qorunan əmanətçilərinin sayı 31 959 nəfərdir. Bunlardan 17 786 nəfərin əmanəti 1 manata, 11 534 nəfərin əmanəti isə 1 manatdan 1 000 manata qədərdir. 1 000 manatdan artıq pulu olan əmanətçilərin sayı isə 2 639 nəfərdir və avqustun 19-na onlardan 1 915 nəfərinə (72,6%) 56,455 mln. manat kompensasiya ödənilib.

Xəbər xətti