Sumqayıtda “Tofaş” motosikletlə toqquşub:motosikletin sürücüsü öldü

16:20 - 19 Avqust 2016 - HADİSƏ

Sumqayıtda ağır yol qəzası baş verib.DİN-in saytında verilmiş məlumata görə, avqustun 18-də saat 10.00 radələrində Sumqayıt şəhər sakinləri Bəhram Ağayevin idarə etdiyi “Tofaş” markalı avtomobillə İlham Qasımovun idarə etdiyi “Yamaha” markalı motosiklet toqquşub. Xəstəxanaya yerləşdirilmiş İ. Qasımov orada ölüb.
Sumqayıt ŞPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti