®“Nar” yenilənmiş “Ailəm” paketini təqdim etdi

17:27 - 18 Avqust 2016 - ÖLKƏ İÇİ

“Ailəm” paketinə yeni qoşulmuş nömrələr arasında danışıq pulsuz oldu 

“Nar” öz müştərilərinə yenilənmiş “Ailəm” paketini təqdim etdi. “Nar” istifadəçilərinə doğmaları və yaxınları ilə pulsuz danışmaq fürsəti verən “Ailəm” paketi 4 nömrədən ibarətdir. Paketə daxil olan nömrələr arasında zənglər 3 ay müddətində pulsuzdur. Dördüncü aydan etibarən, bu zənglərin dəqiqəsi 1 qəpik olaraq hesablanır. Paket daxilində ölkədaxili bütün istiqamətlərə zənglərin dəqiqəsi 4 qəpikdir. Bundan başqa, “Ailəm” paketinə qoşulduqda, istənilən “Turbo” internet paketini sifariş etmək mümkündür.
Qeyd edək ki, 4 “Nar” nömrədən ibarət olan “Ailəm” paketinin dəyəri cəmi 6 AZN-dir. Həmçinin, paketə mövcud “Nar” abunəçiləri və mobil nömrələrin daşınması xidməti vasitəsilə “Nar”-a keçmiş digər operatorların abunəçiləri də qoşula bilərlər. Nömrələrini 1 paket daxilində birləşdirmək istəyən 4 “Nar” abunəçisinin şəxsiyyət vəsiqələri ilə birlikdə “Nar” mərkəzlərindən birinə müraciət etmələri kifayətdir. 

“Ailəm” paketi haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.   

Xəbər xətti