Ana səhifə
21 Noyabr 2018

“Həyat tərzimiz göz sağlamlığından xəbər verir” - FOTO

ADU-da bu mövzuda tədbir keçirildi

 

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın “Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir” layihəsi çərçivəsində Pedaqoji (ingilis dili və fransız dili) fakültənin 301a qrup tələbələri Cəvahir Osmanova və Zümrüd Mehdiyevanın yaxından iştirakı ilə tədbir keçirildi. Tədbirdə qonaq olan “Ofka” Göz Klinikasının baş həkimi, tibb elmləri doktoru, professor Çingiz Cərullazadə “Həyat tərzimiz göz sağlamlığından xəbər verir” mövzusunda çıxış etdi.

Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, kaferanın müəllimləri, Pedaqoji (ingilis dili və alman dili), Pedaqoji (ingilis dili və fransız dili) və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak edirdi.

Tədbirdə Pedaqoji (ingilis dili və fransız dili) fakültənin 301a qrup tələbəsi Lətifə Quliyeva mövzu haqqında məlumat verərək Azərbaycanda oftalmologiyanın inkişafı və bu istiqamətdə  akademik Zərifə Əliyevanın böyük rolundan danışdı. Videoçarx nümayiş olundu.

Tədbirdə elmin və texnikanın inkişaf etdiyi müasir zamanda kompyuter, mobil telefon və digər cihazların gözlərə təsiri, yaxın və uzaq görmə pozğunluqları, nəqliyyatda mütaliənin gözlərə təsiri, gözün anatomiyası və fiziologiyası, gözün plastikası kimi mövzulardan bəhs olundu.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırıldı.

 

Emin

Tarix
6 Noyabr 2014 [19:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin