Ana səhifə
14 Noyabr 2018

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Vaqif Əsədov: "Sürücülər qəfil əyləcdən istifadədən çəkinməlidirlər"

 

Sabah Azərbaycanda rəsmi iş günlərinin başlaması ilə əlaqədar yol polisi sürücülərə xəbərdarlıq edib.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, sürücülər bacardıqları qədər səbrli olmalıdırlar.

 

“Lazımsız yerlərdə siqnallardan istifadə etmək olmaz. Sürət həddini keçmək böyük faciəyə gətirib çıxara bilər. Yolarda lazımsız yerə ötmə əməliyyatları keçirməsinlər. Xüsusən yağışlı havada diqqətli olsunlar. Yolda hərəkət edərkən suyu, palçığı piyadaların üstünə sıçratmasınlar. Qəfil əyləcdən istifadə etməsinlər”, - deyə Vaqif Əsədov bildirib.

 

Yol polisionu da əlavə edib ki, məktəblərin başlaması ilə əlaqədar yaradılan süni tıxacın da qarşısını almaq sürücülərin əlindədir: “Çalışıb təhsil müəssisələrinin qarşısında avtomobil saxlamaq olmaz. Məktəb qarşısında 5 dəqiqə maşın saxlamaqla, böyük tıxaca səbəb ola bilər”.

 

Vaqif Əsədov sürücülərə qış mövsümünün gəlişilə əlaqədar da xəbərdarlıq etməyi unutmayıb. Onun sözlərinə görə sürücülər qışa hazır olmalıdırlar: “Avtomobillərin təkərləri yenilənməlidir. Avtomobildəki nasazlıqlıqlar aradan qaldırılmalıdır. Maşınlaırn şüşə silənləri təmizlənməlidir”. ANS PRESS

Tarix
7 Oktyabr 2014 [14:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin