Neft yenə bahalaşır

13:28 - 18 Avqust 2016 - İQTİSADİYYAT

"ICE" elektron birjasında iyulun 5-dən sonra ilk dəfə "Brent" markalı neftin qiyməti 1 barel üçün 50 dollardan yuxarı satılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Bu gün birjada "Brent" markalı neftin bir barelinin oktyabr fyuçerslərinin qiyməti 0,25% artaraq 50,02 dollar təşkil edib.
Analitiklar hesab edirlər ki, neftin qiymətlərinin qalxması ABŞ Enetgetika Nazirliyinin ölkənin kommersiya neft ehtiyatlarının məlumatı ilə bağlıdır. Belə ki, son bir həftə ərzində ABŞ-ın neft ehtiyatları 2,5 milyon azalaraq 521,10 milyon barel təşkil edib.

Xəbər xətti