Ana səhifə
19 Sentyabr 2018

Fransa parlamentariləri Bakıda Milli Tolerantlıq Mərkəzində olublar

Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkədəki Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Milli Tolerantlıq Mərkəzini ziyarət edib.

 

 

Fransa parlamentinin üzvlərindən, hüquqşünas, jurnalist, elm və mədəniyyət xadimlərindən ibarət heyətə Mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirilmiş sosial, mədəni və akademik layihələr, o cümlədən gələcək planlar haqqında geniş məlumat verilib.

Mərkəzin icraçı direktoru Elmin Əliyev qeyd edib ki, Azərbaycan həmişə müxtəlif etnik və dini qrupların birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu tarixi məkan olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan bu layihələrin əsas məqsədi Azərbaycanda tarixən mövcud olmuş birgəyaşayış ənənəsinin, qarşılıqlı hörmət prinsipinin yaşadılması, habelə, Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılmasıdır.

Görüşdə iştirak edən qeyri-müsəlman icma nümayəndələrindən Robert Mobili, Moisey Bekker, Rasim Xəlilov və digərləri Azərbaycanda bütün dinlərə və millətlərə qarşı yüksək mədəniyyət nümayiş etdirildiyini, dövlət tərəfindən bütün xalqların nümayəndələrinə bərabər münasibət bəsləndiyini vurğulayaraq ölkə rəhbərliyinin din sahəsinə diqqət və qayğısından danışıblar.

Heyət üzvləri Azərbaycandakı milli-mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin unikallığını və bu sahədə görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirdiklərini bildirdilər. Jan-Fransua Mansel nəzəri və praktiki əsasları olan Azərbaycan tolerantlıq modelinin Fransada tanıdılması üçün əməkdaşlığa hazır olduqlarını qeyd edib, birgə fəaliyyət istiqamətində konkret təkliflərin hazırlanması üçün iki qurum arasında razılıq əldə olunub.

 

Emin

Tarix
6 Noyabr 2014 [19:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin