Bakıda sərnişin avtobusu yanıb kül oldu

15:17 - 17 Avqust 2016 - HADİSƏ

Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib.  APA-nın xəbərinə görə, hadisə Nobel prospektində qeydə alınıb. Zığ şosesi istiqamətində hərəkətdə olan 10 TE 797 dövlət qeydiyyat nişanlı MAN markalı avtobusun təkər hissəsində qəfil alışma baş verib. Qatı tüstü 21 nömrəli marşrut avtobusun salonuna daxil olduqdan sonra sürücü sərnişinləri avtobusdan düşürüb və baş verən yanğına müdaxilə etməyə çalışıb.
Qeyd edək ki, bu, 21 nömrəli marşrut üzrə hərəkət edən avtobuslarda baş verən ilk yanğın hadisəsi deyil. Analoji hadisə bu il fevralında "Xətai" metro stansiyası qarşısında baş verib. O zaman da hərəkətdə olan MAN markalı sərnişin avtobusunun təkər hissəsi yanıb. Yanğının ilkin ekspertizası ilə bağlı verilən rəydə qeyd olunub ki, sözügedən avtobus texniki yoxlanışdan keçməyib və nasaz şəkildə idarə olunub.

Xəbər xətti