Ana səhifə
17 Noyabr 2018

Yeraltı keçidi bağlatdırıb... üstündə bina tikirlər - ŞİKAYƏT - FOTO+VİDEOLAR

Paytaxtımızda- Yasamal rayonu Füzuli küçəsi 248-ci məhəllədə Qış bulvarına yeraltı piyada keçidinin çıxışı üzərində 5 mərtəbəli bina tikilir.

 

Ucnoqta.az xəbər verir ki, piyada keçidindən istifadə edə bilməyən vətəndaşların Aktual.az-a etdiyi şikayətlə bağlı, sayıtın əməkdaşı ərazidə çəkiliş aparıb. Məlum olub ki, tikinti "Qutan" MMC-nin sifarişi ilə "Alpina-A" MMC tərəfindən həyata keçirilir. 

                                                                               

 

Vətəndaşların sözlərinə görə, tikinti başlayandan yeraltı piyada keçidinin çıxışı bağlanıb. Bununla da, insanlar hər gün bu yoldan keçərkən, həyatlarını təhlükəyə atmalı olurlar. 

 

 

Sakinlərin bildirdiyinə görə, ən müasir standartlara uyğun olan piyada keçidi təzə inşa edilmişdi, onun tikintisinə ciddi xərc qoyulmuşdu. 

Yasamal rayon İcra Hakimiyyətindən Aktual.az-a, məsələ ilə bağlı, Bakı Şəhər İcra hakimiyəti ilə əlaqə saxlamağı tövsiyə ediblər. 

Bakı şəhər İcra Hakmiyətinin Tikintiyə Nəzarət şöbəsindən Azər Əhmədov tikinti şirkəti haqqında məlumatları qeyd edərək, Aktual.az-a deyib ki, məsələ araşdırılacaq:

 

 

"Yasamal rayonu üzrə kuratorları bu barədə məlumatlandıracam. Araşdırıldıqdan sonra məsələyə münasibət bildiriləcək". 

“Yeni Müsavat”-ın  8 Fevral 2012-ci il tarixli sayında “Alpina-A” şirkətinin gerçək sahibinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı olması yazılıb.

 

Tarix
6 Noyabr 2014 [15:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin