Rio-2016: Xanım güləşçilərimiz yarışa başlayır

12:56 - 17 Avqust 2016 - İDMAN

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir. Qol.az-ın məlumatına görə, bu gün mübarizəyə iki xanım güləşçimiz qoşulacaq.Mübarizəyə 1/8 final mərhələsindən başlayacaq təmsilçimiz Mariya Stadnikin (48 kq) ilk rəqibi Alexandra Patrisia Bermudez (Argentina) olacaq. Bu görüşün Bakı vaxtı ilə saat 17:48-də başlanması nəzərdə tutulub.

Digər güləşçimiz Yuliya Ratkeviç 1/8 finalda  Oksana Herhellə (Ukrayna) qarşılaşacaq. Görüşün Bakı vaxtı ilə saat 17:55-də başlanması nəzərdə tutulub.

Xəbər xətti