Maestro Niyazinin anadan olmasına həsr olunmuş tədbir keçiriləcək

12:10 - 17 Avqust 2016 - Mədəniyyət

Avqustun 19-da saat 15-00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin filialı Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin anadan olmasının 104 illiyinə həsr olunmuş tədbir keçiriləcək.  Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 20-də isə Niyazinin mənzil muzeyində “Acıq qapı” günü olacağı qeyd edilib.

Xəbər xətti