Azərbaycan nefti bahalaşıb

10:55 - 17 Avqust 2016 - İQTİSADİYYAT

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,97 dollar və yaxud 1,98% bahalaşıb."Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,94 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti