Sumqayıtda ev yanıb

15:46 - 16 Avqust 2016 - HADİSƏ

Sumqayıt şəhərində vətəndaşa məxsus evdə yanğın olub.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 270 m2 olan evin yanar konstruksiyaları 150 m2 sahədə və dam örtüyü tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Xəbər xətti