Ana səhifə
16 Noyabr 2018

"14 yaşımdan klublara gedirəm"- Aydan

Xalq rəssamı Tahir Salahovun qızı, rəssam Aydan Salahova Rusiyanın “Time to Eat” dərgisinə müsahibə verib. "Ucnoqta.az" axşam.az-a istinadən xəbər verir ki, o, şəxsi həyatından, ailə qurmaq istəməməsindən söz açıb. 
 

 

A.Salahova “Əgər siz Moskvada yox, Bakıda doğulsaydınız, həyatınızda nə dəyişərdi” sualına belə cavab verib:

“Yəqin, beş uşaq anası olardım. Evdə oturub, dolma bükərdim. Bu cür həyat tərzini heç vaxt arzulamamışam. Ailə qurmaq mənlik deyil. Ailəli qadın olmaq obrazına girə bilərəm. Amma ömür boyu bu cür yaşaya bilmərəm. Əgər rəssam olmasaydım, gecə klubu işlədərdim. 14 yaşımdan gecə klublarına gedirəm. Gecə həyatını çox sevirəm”.

50 yaşı olan A.Salahova bunu heç vaxt gizlətmədiyini deyib:

“Qadının yaş gizlətməsini mənasız hesab edirəm. Həm də ki, 50 ən gözəl yaşdır. Bu, təcrübə, dünyagörüş deməkdir. 16-25 yaş arasında olmağı xoşlamıram. 20 yaşımda kompleksli idim. 25-dən sonra özüməinamım yarandı”.

Əsərlərinin qiymətini açıqlayan rəssam “Qrafik əsərlərimi 5 min, rəsm əsərlərini 15 minə, heykəllərimi isə 20 min və daha baha qiymətə satıram. Pullarımı yığmıram, hamısını xərcləyirəm. Bu yaxınlarda oğluma bir mənzil aldım. Qalanlarını da yaradıcılığıma sərf etdim. Londonda sərgim olacaq. İndi ona hazırlaşıram”, - deyə bildirib.

A.Salahova oğlundan da bəhs edib:

“O, məndən də istedadlıdır, filosofdur. Rəssam deyil. Arxitektura ilə məşğuldur. Oğlumla hər şeyi bölüşürük. Onun sevgilisi mənə heç bənzəmir: sakit, mülayim biridir”.

Qeyd edək ki, “Time to Eat” dərgisi azərbaycanlı iş adamı Araz Ağalarovun və oğlu, müğənni-bəstəkar Eminin rəhbərlik etdiyi “Crocus” şirkətlər qrupuna məxsusdur.

 

Tarix
6 Noyabr 2014 [22:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin