Ana səhifə
19 Sentyabr 2018

"İndiki müğənnilərə də bunu məsləhət görmürəm..” -Zeynəb Xanlarova

Azərbaycanın əfsanəvi müğənnisi, SSRİ xalq artisti, deputat Zeynəb Xanlarova Nyu-Yorkda böyük konsert proqramı ilə çıxış etməyə hazırlaşır.

 

 

Ucnoqta.az Virtualaz.org saytına istinadən xəbər verir ki , Türkiyənin CİHAN agentliyi bildirir ki, konsert gələn ilin aprelində olacaq.

 

Xəbərdə bildirilir ki, hazırda Nyu-Yorkda səfərdə olan Zeynəb Xanlarova orada yaşayan pərəstişkarları ilə görüşüb, onların israrlı xahişlərindən sonra Nyu-Yorkda konsert verməyə razılaşıb.

“Heç bir zaman xalqımdan və dövlətimdən qopmadım. Bu səbəbdən illərdir səhnələrdəyəm. Xalqın sevgisindən böyük güc alıram. Səsimin bu yaşa qədər gözəl qalması Allah vergisidir. Konsertlərimdə heç vaxt fonoqramdan istifadə etmədim, indiki müğənnilərə də bunu məsləhət görmürəm” - deyə müğənni Nyu-Yorkda pərəstişkarları ilə görüşdə deyib.

Azərbaycan Nyu-York Cəmiyyətinin rəhbəri Ercan Yerdelenli isə məşhur sənətçini Nyu-Yorkda qarşılamaqdan böyük məmnunluq duyduqlarını deyib: “Zeynəb Xanlarova kimi müğənnini pərəstişkarları ilə görüşdürmək bizim üçün çox önəmlidir. Başda Azərbaycan vətəndaşları olmaqla bir çox millətdən insanlar Zeynəb xanımı yaxından tanıyır və sevir. Bizim bu məsələdə nəsə köməyimiz dəyirsə, çox məmnunuq”.

Məlumata görə, Z.Xanlarova mart ayında Kanadanın Toronto və ABŞ-ın San-Fransisko şəhərlərində konsert verəcək, apreldə isə Nyu-Yorkda səhnəyə çıxacaq.

Xanım Xanlarova xaricdə, özəlliklə də Amerikada yaşayan azərbaycanlılara tövsiyələr də verib. O, onları heç bir zaman təmsil etdikləri ölkənin mədəniyyətini, adət-ənənələrini unutmamağa çağırıb: "Harada olursunuz olun, öz dilinizi öyrənin. Böyüklərinizin sizin üçün etdiyi fədakarlığı unutmayın".

 

Yada salaq ki, Z.Xanlarova Amerikada onu sevənlərlə sonuncu dəfə 2012-ci ildə bir araya gəlib.

 

Tarix
6 Noyabr 2014 [14:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin