"Qarabağ"ın yeni transferi Bakıya gəlib

14:26 - 12 Avqust 2016 - İDMAN

 "Qarabağ"ın danışıq apardığı Kipr "Anartosis"inin futbolçusu Bakıya gəlib.Bu barədə "Report"a Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl məlumat verib.Onun sözlərinə görə, paytaxta gələn hücumçu Dino Ndlovla danışıqlar gedir: "Futbolçu bizimlə görüşmək üçün Bakıya gəlib. Hazırda danışıqlar aparırıq. Danışıqlar yekunlaşdıqdan və transfer rəsmiləşdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, cənubi afrikalı futbolçu Kipr klublarında və Hayfa "Makkabi"sində də çıxış edib.

Xəbər xətti