Rio-2016: Mehdiyev ipponla udub 1/8 finala çıxdı

18:15 - 10 Avqust 2016 - İDMAN

Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları üzrə növbəti görüşlərə start verilib.“Qafqazinfo”nun məlumatına görə, azərbaycanlı cüdoçu 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev yarışa 1/16 final mərhələsindən başlayıb. Rusiyalı Kiril Denisovla üz-üzə gələn idmançımız 111-ci saniyədə rəqibini ippona salıb.

Onun 1/8 finalda rəqibi Zak Piontek (CAR)/Tyaqo Kamilo (Braziliya) cütünün qalibi olacaq.

Xəbər xətti