Ana səhifə
21 Noyabr 2018

“Qızılın ucuzlaşması Azərbaycan üçün böyük təhlükə deyil”

Samir Əliyev: “Amma qiymətlər kəskin düşərsə, Azərbaycanda qızıl istehsalının imkanları məhdudlaşa bilər”

 

 

ABŞ dollarının dəyər qazanması qızılın ucuzlaşması ilə müşahidə olunur. Artıq qızılın bir unsiyası 1243 dollara düşüb. İqtisadçı Samir Əliyev deyir ki, qiymətli metalın ucuzlaşmasına əslində onu real qiymətinə yaxınlaşdırır: “Həqiqətən də qızılın qiyməti çox bahalaşmışdı. Buna səbəb isə 2008-ci ilin sonu və 2009-cu ildə baş verən qlobal maliyyə böhranı idi. Həmin dövrdə inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında ciddi problemlər yarandı və milli valyutalar ucuzlaşdı. Buna görə də investorlar qızıla üz tutmağa başladılar və sərmayələrini ona yatırdılar. Hətta mərkəzi banklar kütləvi şəkildə qızıl alıb, öz valyuta ehtiyatlarına daxil etdilər. Qızıla süni bir tələb yarandı və bu da qızılın qiymətini getdikcə bahalaşdırdı. Həddə qızılın bir unsiyası 1 900 dollara qədər bahalaşdı. Amma dünya iqtisadiyyatında baş verən canlanmadan sonra qızılın qiymətində müəyyən bir ucuzlaşma prosesi getməyə başladı. Xüsusən də, bu 2013-cü ilin əvvəlindən etibarən özünü  daha qabarıq göstərməyə başladı. 2013-cü il qızıl üçün uğursuz olsa da, 2014-cü il uğurlu başlamışdı. Yanvar ayından qızılın qiymətində artım nəzərə çarpmağa başladı və artıq mart ayında bu göstərici 1 385 dollara qədər qalxdı. Amma sonrakı aylarda qızılın qiymətində ziqzaq baş verdi, tez-tez düşüb-qalıxdı. Amma ucuzlaşma  özünü daha qabarıq göstərirdi. Sonuncu ucuzlaşma dolların bahalaşması ilə bağlıdı. Qeyd edim ki, ABŞ Mərkəzi Bankının dolların çapını dayandırması ilə bağlı qərarı onun dünya valdyuta bazarında digər aparıcı xarici valyutalara nisbətən dəyər qazanmasına səbəb oldu. Onun bahalaşması isə əmtəələrin ucuzlaşması müşahidə olunur. Amma ümumilikdə götürdükdə qızılın qiyməti öz real dəyərini alır. Ucuzlaşmada digər səbəb isə dünyanın əsas qızıl istehlakçısı olan Çin, Hindistan kimi ölkələrdə ona tələbatın azalmasıdır. Tələbatın azalması nəticəsində də qızılın ucuzlaşması baş verdi”.

 

İqtisadçı deyir ki, gələcək qiymət barədə öncədən proqnoz vermək çətindir. Onun sözlərinə görə, qiymətdə azalma müşahidə olunsa da, artım da gözləmək olar: “Qlobal böhran başlayanda qızılın bir unsiyasının qiyməti 800 dollara yaxın idi. Amma sonrakı hər ildə 20-30 faiz bahalaşma baş verdi və sonuunda qızılın bir unsiysının qiyməti 800 dollardan 1 900 dollara qədər yüksəldi. Sonra isə əks proses getdi.Ona görə də qızılın hansı həddə qədər ucuzlaşması haqqında fikir demək çətindir. Çünki qiymətə təsir edən və dövrü olaraq dəyişən çoxlu amillər var. Əsasən də bu, Hindistan və Çinin tələbatı ilə bağlıdır. Digər tərəfdən qızılın qiyməti neft və dolların bazardakı mövqeyindən asılı olacaq. Hazırda neft ucuzlaşır, dollar isə bahalaşır. Bu da özünü qızılın qiymətində göstərir. Amma gözləmirəm ki, yaxın vaxtlarda qiymətli metalın bir unsiyası 1 000 dollarlıq psixoloji həddin altına düşsün. Hər şey dünyada baş verən proseslərdən asılıdır. Ucuzlaşma bir müddət davam edəcək,amma bu stabil ucuzlaşma deyil. Növbəti həftə qiymətdə artım da müşahidə oluna bilər.”.

 

S.Əliyev qeyd etdi ki, qızılın ucuzlaşması Azərbaycan üçün böyük təhlükə yaratmayacaq: “Azərbaycan dünyada qızıl istehsal edən əsas ölkələrdən deyil. Azərbaycanın istehsal etdiyi qızılın dünya bazarına təsir etmək imkanı yoxdur. Ölkəmizdə istehsal olunan qızılı isə Mərkəzi Bank alıb, valyuta ehtiyatlarına daxil edir. Bu əslində düzgün yanaşmadır. Həm özünün qızıla olan tələbatını ödəyir, həm yerli istehsalı stimullaşdırır. Amma qiymətlər kəskin düşərsə, Azərbaycanda qızılın istehsal imkanları məhdudlaşa, onun istehsalında müəyyən bir azalma ola bilər”.

 

İqtisadçı deyib ki, ümumilikdə götürəndə qızılın qiymətinin artma ehtimalı daha çoxdur, nəinki azalması.

 

 

Aygün Asimqızı

Tarix
6 Noyabr 2014 [13:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin