Əflatun Amaşov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub

16:39 - 9 Avqust 2016 - MEDİA

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. Şuradan verilən məlumata görə, Mərkəzin rəhbəri Əhməd Sami Elay Azərbaycan və Misir arasındakı münasibətlərin çoxşaxəli olduğunu vurğulayıb. Mədəniyyət və təhsil sahəsindəki əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluğunu ifadə edən Əhməd Sami Elay onu da bildirib ki, hər iki ölkə mediasının qarşılıqlı əlaqələrinin inkişafı xalqların bir-birinə daha da yaxınlaşmasında müstəsna rol oynaya bilər.
Ə.Amaşov Misirin dünya sivilizasiyasınının və tarixinin çox ayrılmaz parçası olduğunu vurğulayaraq ölkənin İslam dünyasındakı mövqeyinə toxunub. O bildirib ki, Azərbaycan MƏR-lə xüsusən mədəniyyət sahəsindəki əməkdaşlığa Azərbaycan həqiqətlərinin təbliği nöqteyi-nəzərdən də önəm verir. 
Mövcud xüsusda medianın rolunu qabardan MŞ sədri Azərbaycan jurnalistlərinin Misirə səfərlərinin təşkil olunduğunu vurğulayıb, əsası qoyulmuş bu ənənənin davamının zəruriliyini əsaslandırıb. O, həmçinin Misirin aparıcı media nümayəndələrinin Azərbaycana səfərlərinin də arzulandığını deyib. 

Xəbər xətti