Biləsuvarda iki "Mercedes" toqquşub

18:30 - 8 Avqust 2016 - HADİSƏ

Biləsuvarda "Mercedes" markalı iki avtomobil toqquşub. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonu ərazisində “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış hər iki sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti