Gəncə sakinindən narkotik maddə aşkar edildi

13:04 - 8 Avqust 2016 - HADİSƏ

Gəncə sakinindən narkotik maddə aşkar edilib.Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Quliyevin evinə baxış zamanı 1 kiloqram 540 qram marixuana aşkar edilərək götürülüb.

Xəbər xətti