​Salyanda mikroavtobus aşıb: 10 nəfər yaralanıb

10:28 - 8 Avqust 2016 - HADİSƏ

Salyan rayonunda baş verən yol qəzasında yaralananların adları açıqlanıb. Hadisə zamanı Neftçala rayon sakinləri 40 yaşlı Gülbəniz Nadir qızı Ağacanova, 28 yaşlı Taleh Əfqan oğlu Abdullayev, 32 yaşlı İbrahim Məzahir oğlu Cəfərov, 56 yaşlı Rövşən Əhməd oğlu Səlimov, 53 yaşlı Nərminə Həsənqulu qızı Səlimova, 43 yaşlı Zaur Rasim oğlu Məmmədov, 23 yaşlı Şəhla Elxan qızı Kərimova, 24 yaşlı Şəfa Məhərrəm qızı Ağayeva, 62 yaşlı Məlahət Əlixan qızı Şahbazova, Şamaxı rayon sakini 44 yaşlı Davud Tərlan oğlu Məmmədov müxtəlif bədən xasarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, xəsarət alanların əksəriyyəti ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndəriləcək: “Xəstələrdən birinin vəziyyəti orta ağırdır”.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Salyan-Neftçala xətt marşrutu üzrə gedən “Ford” markalı mikroavtobus hərəkətdə olarkən qarşısına inək çıxıb. Nəticədə mikroavtobus idarəetməni itirərək aşıb.report

Xəbər xətti