Ana səhifə
22 Oktyabr 2018

ABŞ Gürcüstanı yolundan çıxmamağa çağırır

Birləşmiş Ştatlar Gürcüstanı «avroatlantik gələcək» kursundan dönməməyə çağırıb. Bu çağırışdan öncə Gürcüstanın bir neçə naziri istefa verib və ölkənin qərbyönlü kursuna hədələrin olması barədə xəbərdarlıq edib.

 

 

Ucnoqta.azbildirir ki, Müdafiə naziri İrakli Alasania noyabrın 4-də işdən çıxarılıb. O, ordu zabitlərinə qarşı ittihamları ölkənin avroatlantik seçiminə hücum kimi dəyərləndirib.

Avropa və Avroatlantik İnteqrasiya üzrə nazir, eləcə də xarici işlər naziri istefa verib.

«Biz bu nazirlərin öz ölkəsinə xidmətini və Birləşmiş Ştatlarla tərəfdaşlıq mühitində gördüyü işi dəyərləndirmişik,» bunu ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki noyabrın 5-də deyib.

Psaki bildirib ki, «düzgün prosesə və hüququn aliliyinə birlik və sadiqlik nümayiş etdirmək Gürcüstanın marağındadır».

«Bütün tərəfləri bu məqsədlərə doğru çalışmağa və diqqəti Gürcüstanın avroatlantik gələcəyinin təminatına yönəltməyə çağırırıq».

Psaki hökuməti çağırıb ki, ədliyyə sisteminin siyasi məqsədlərlə istifadə olunmasına dair fikirlərin dağıdılması üçün tədbirlər görsün və «vahid demokratik dəyərlərimizə sadiqlik nümayiş etdirsin».

 

 

(azadliq.org)

Tarix
6 Noyabr 2014 [12:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin