Cəlilabadın Privolnoye kəndinə ilk dəfə təbii qaz verilib

15:31 - 4 Avqust 2016 - ÖLKƏ İÇİ

Avqustun 4-də Cəlilabad rayonunun Privolnoye kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. SOCAR-dan verilən məlumata görə, bildirilib ki, 1148 abonenti olan Privolnoye kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56673 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbər xətti