Bakıda çimərlikdə telefon oğrusu tutuldu

15:13 - 4 Avqust 2016 - HADİSƏ

Bakıda çimərlikdə telefon oğrusu tutulub. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, avqustun 3-də Binəqədi rayonunun Novxanı qəsəbəsindəki dəniz çimərliyində Abşeron rayon sakini Günay Cəfərliyə məxsus mobil telefon oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Cəmaləddin Ağabəyov tutulub.
Araşdırma aparılır.

Xəbər xətti