Ana səhifə
19 Sentyabr 2018

Bu axşam "Qarabağ"ın oyununda möhtəşəm yeniliklər olacaq

Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Qarabağ-Dnepr oyununda bir sıra möhtəşəm yeniliklər olacaq.

 

 

Ucnoqta.az xəbər verir ki, klubun saytının yazdığına görə, "Qarabağ"ın meneceri Asif Əsgərov bunla bağlı öz müsahibəsində deyib: "Bu oyunda bizim bəzi planlarımız var. İstəyirik ki, stadiona gələn azarkeşlər komandamızın oyunu ilə yanaşı, orada olacaq yeniliklərin də bilavasitə iştirakçısı olsun. Və bu yeniliklər onları təəccübləndirsin. Bu gün baş tutacaq oyunda "Qarabağ" futbol klubunun böyük bir formasının dalğalanmasına nail olmaq istəyirik. Amma, bu formanın stadiona gəzdirilməsini yox, stabil bir sektorda açılmasını istəyirik. Bundan əlavə hər bir oturacaqda "Qarabağ" klubunun bayrağı olacaq. Azarkeşlərdən xahiş edirik ki, həmin bayraqlara hörmətlə yanaşsınlar. O bayraqlar da stadionda tam bir görüntü təşkil etmək məqsədi ilə paylanılacaq. Eyni zamanda 50-yə yaxın "Qarabağ" loqolu müxtəlif dizaynlı böyük bayraqlar da düzəldilib. Azarkeşlər olan bölümlərdə bu bayraqlar Avropa havasının Tofiq Bəhramov adına Respublika stadionuna gətirilməsi kimi dəyərləndirilə bilər. Məqsəd, rəqibin Azərbaycanda "Qarabağ" komandası ilə oynadığını hiss etdirməkdir. Bizim qarşıda çox yeniliklərimiz və planlarımız var. Bu oyundan sonra saytımız vasitəsilə fan-shop fəaliyyət göstərəcək və "Qarabağ"ın məhsullarının onlayn satışı təşkil olunacaq”.

 

Onu da qeyd edək ki, “Facebook” şəbəkəsində bununla bağlı azarkeşlərə çağırış da yayılıb:

 

“Bu gün "Dnepr"lə matçda Bayraq şousu olacaq!

"Dnepr"lə matça biraz tez gəlməyinizi hamınızdan xahiş edirik. Çünki oyundan əvvəl bayraq şou üçün stadionun tamamilə dolu olmağı vacibdir. Aşağıda yazacağımız məlumatları mütləq diqqətlə oxuyun və yaxınlarınıza bildirin:

1. Stadionda 31.000 bayraq olacaq. Hər oturacağa 1 bayraq qoyulacaq. Hər kəs öz oturacağındakı bayrağı götürsün və oyunçular meydana daxil olan zaman dalğalandırsın.
31.000 bayraq eyni anda dalğalanmalıdır.

2. Oyundan əvvəl "Anadır arzulara hər zaman
Qarabağ" mahnısını məşhur bir xanəndəmiz səsləndirəcək. Sizdən xahişimiz nəqarəti bütün stadion birlikdə oxusun. Nəqarət hissəsi budur: "Anadır arzulara hər zaman QARABAĞ, Danışan
dil-dodağım tar-kaman QARABAĞ, QARABAĞ can QARABAĞ ANA YURDUM!"”

 

Bəhruz

Tarix
6 Noyabr 2014 [12:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin