Samur-Abşeron kanalında iki nəfər batıb

12:23 - 3 Avqust 2016 - HADİSƏ

Samur-Abşeron kanalında iki nəfər batıb. Fövqəladə Hallar Nazirliyindən verilmiş məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samur-Abşeron kanalının Şabran rayon, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin, 1 nəfərin isə Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları hadisələrin baş verdiyi yerlərə cəlb olunub və vətəndaşların axtarışına başlanılıb.

Xəbər xətti