Bağlanmış 4 bankın əmanətçilərinə 5 mln. manat kompensasiya ödənilib

11:22 - 3 Avqust 2016 - İQTİSADİYYAT

 Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. ADİF-dən verilən məlumata görə, “Parabank”ın əmanətçilərinə 2 273 767 manat, “Zaminbank”ın əmanətçilərinə 1 847 792 manat, “Kredobank”ın əmanətçilərinə 397 928 manat, “Dekabank”ın əmanətçilərinə isə 440 355 manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 4 959 842 manat ödəniş edilib.
Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

Xəbər xətti