Kürdəmirdə avtomobil nənə ilə azyaşlını vurub- 3 yaşlı uşaq ölüb

10:44 - 3 Avqust 2016 - HADİSƏ

Kürdəmir şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, şəhərin Babək prospektində "VAZ 2109" markalı, 33 BC 861 dövlət qeydiyyat nişanlı avtomobil nənə ilə azyaşlı nəvəsini vurub. Nəticədə yaşlı qadınla körpə oğlan ağır xəsarətlər alıb. 3 yaşlı Sadıqov Əli Ramin oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 

Xəbər xətti