Bağlanmış 4 bankın əmanətçilərinə 950 min manat kompensasiya ödənilib

16:18 - 2 Avqust 2016 - İQTİSADİYYAT

 Bu gündən Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödəməyə başlayıb. ADİF-dən verilən məlumata görə, “Parabank”ın əmanətçilərinə 561 529 manat, “Zaminbank”ın əmanətçilərinə 199 830 manat, “Kredobank”ın əmanətçilərinə 65 270 manat, “Dekabank”ın əmanətçilərinə isə 123 365 manat kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 949 994 manat ödəniş edilib.
Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər. 

Xəbər xətti