“Günəşli” yatağında yeni quyu istismara verilib

15:24 - 2 Avqust 2016 - İQTİSADİYYAT

“Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 30 nömrəli quyu qazmadan sonra istismara verilib. SOCAR-AQŞ tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 3787-3773 metr intervaldan sutkalıq 30 ton kondensat və 115000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Xəbər xətti