Ana səhifə
17 Noyabr 2018

İcra başçısı Pirallahıda bina tikdirir - FOTO

Bakıda yeni yaradılan Pirallahı rayonunda icra hakimiyyəti özünə yeni bina tikir.

 

Ucnoqta.az xəbər verir ki,  xəbər verir ki, rayon icra hakimiyyəti üçün Pirallahının mərkəzində yeni bina inşa olunmaqdadır. Hazırkı binanın köhnə olması və yaraşıqsız görünməsi təzə RİH binası inşasına imkan yaradıb.

 

Binanın gələn ilin iyun ayına qədər təhvil verilməsi planlaşdırılır. Layihəyə əsasən, Pirallahı İcra Hakimiyyətinin binası 4 mərtəbədən ibarət olacaq. İnzibati binanın yanında isə müasir üslubda Heydər Əliyev Mərkəzi inşa olunur. Tikinti sahəsi 570 kvadratmetr olan ikimərtəbəli binanın da tikintisi davam edir.

 

Qeyd edək ki, Pirallahı rayonu prezidentin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Həmin fərmanla Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil edilib. Ötən il martın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərinin yeni - 12-ci rayonuna Vasif Həsən oğlu İmanov icra başçısı təyin olunub.

 

V.İmanov bu təyinatadək uzun müddət neft sənayesi sahəsində çalışıb. Belə ki, o, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsini tutub. (Axar.az)

 

Tarix
6 Noyabr 2014 [11:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin