Cüdoçularımız Avropa kubokuna 4 medalla başladı

09:33 - 31 İyul 2016 - İDMAN

Almaniyanın paytaxtı Berlində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib. Apasport.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə 4 medal yazdırıb.
Təmsilçilərimizdən Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq).
Qeyd edək ki, 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (15 kişi, 1 qadın) ilə təmsil olunur.

Xəbər xətti