Filipp Kirkorov “Crystall Hall”da konsert verəcək - FOTO

11:25 - 29 İyul 2016 - MAQAZİN

Bu ay ölkəmizdə qonaq olan Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorov yenidən Azərbaycana səfər edəcək. Lent.az-ın məlumatına görə, məşhur ifaçı dekabrın 10-da “Crystall Hall”da konsert verəcək. Konsert “Ya” (“Mən”) adlı turne çərçivəsində gerçəkləşəcək.
Qeyd edək ki, F.Kirkorovun uzun illər idi ki, Azərbaycana gəlməsi qadağan edilmişdi. Lakin ifaçı “Jara” festifalı çərçivəsində bu ayın 9-da Azərbaycanda çıxış etmişdi.


Xəbər xətti