Ana səhifə
21 Noyabr 2018

Klassik Balet sənəti ulduzları Olqa Qayko və İqor Onoşko Bakıda....

Ucnoqta.az” xəbər verir ki, Akademik Opera və Balet Teatrında noyabrın 22-də baş tutacaq P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq.

 

 

Tamaşada əsas rolları klassik balet sənəti ulduzları – Belorus Akademik Böyük Teatrının aparıcı solistləri, Belorusun xalq artisti Olqa Qayko və Belorus Respublikası Prezidetinin Xüsusi fondunun mükafatçısı İqor Onoşko ifa edəcək. O.Qayko və İ.Onoşko hazırda Avropanın ən populyar və dəbdə olan balet ulduzlarından sayılırlar. Onlar London, Paris, Sürix, Münhen, Amsterdam və Avropanın bir sıra digər paytaxt şəhərlərində uğurlu qastrol səfərlərində olublar. 2008-ci ildə Tokioda keçirilən Beynəlxalq balet sənəti festivalında bu cütlük “Qu gölü” baletində əsas partiyaların ən yaxşı ifaçıları üçün təsis edilmiş prizə layiq görülüblər. Tanınmış baletmeyster – SSRİ xalq artisti Valentin Yelizarov Olqa Qaykonu zəmanəmizin görkəmli balerinalarından və Odilliya rolunun ən yaxşı ifaçılarından biri kimi qiymətləndirilib.

Tarix
6 Noyabr 2014 [11:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin