Hillari Klinton demokratlardan ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib

08:10 - 29 İyul 2016 - DÜNYA

 ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton noyabrın 8-də keçiriləcək ABŞ prezidentliyinə seçkilərdə Demokratlar Partiyasından namizəd olmağa razılıq verib. "Report" xəbər verir ki, Klinton buna rəsmi razılığını partiyanın Filadelfiyada keçirilən qurultayında çıxış edərək Amerikanın siyasi ənənələrinə uyğun şəkildə bildirib.

"Mən mülayimlik, qətiyyətlilik və Amerikanın gələcəyinə sarsılmaz inamla sizin ABŞ prezidentliyinə nominasiyanızı qəbul edirəm", — deyə Klinton qurultayda bildirib.
Qurultay çərşənbə axşamı Klintonu namizəd qismində təsdiq edib.

Xəbər xətti