Ana səhifə
22 Sentyabr 2018

Bakı metrosunda sərnişinlər təxliyyə olundu

Bu gün səhər Bakı Metropolitenində problem yaşanıb. 

Ucnoqta.az xəbər verir ki, Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin anspress-ə verdiyi məlumta görə, saat 07:21 radələrində metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarın son vaqonunda nasazlıq qeydə alınıb.  Nəticədə qatar “Qara Qarayev” stansiyasında platformada dayanıb. Sərnişinlər qatardan boşaldılıb. Qatar depoya göndərilib. “Hadisə nəticəsində qatarların hərəkətində ləngimə olub: Həmin qatarın qrafikində 7 dəqiqəyə yaxın gecikmə olub. İstər-istəməz digərqatarların intervalında da ləngimələr olub. Problem “Həzi Aslanov” istiqamətində yaranıb. Səhər saatlarında həmin istiqamətdə sərnişinlər az olur. Bu səbəbdən də, dəhşətli dərəcədə sərnişin sıxlığı yaranmayıb”, - deyə Nəsimi Paşayev bildirib.  

Tarix
6 Noyabr 2014 [11:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin